Salah “Liverpul”dan ayrılır? – Klopp açıqladı
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı iddialara cavab verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, misirli futbolçunun gələcəyi ilə bağlı bunları deyib:
“Yeni müqavilə ilə bağlı danışıqlarımız olmayıb. Bunun üçün tez olduğunu düşünürəm. Salah özünü çox yaxşı hiss edir, pozitivdir. O, indi yaxşı vəziyyətdədir və vacib olan budur. Məşqlərdə necə xoşbəxt olduğunu və zövq aldığını görə bilərsiz”.
Son vaxtlar Salahın komandadakı gələcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Məlumata görə, komandadakı vəziyyətindən razı olmayan hücumçu ayrılmağa qərar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin