“Salah “Liverpul” üçün çox şey edib”
“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın komandadakı gələcəyindən danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Salahın mütəmadi olaraq şanslardan istifadə etdiyini bildirib:
“Salah mütəmadi olaraq şanslarından istifadə edir və qollar vurur. Ümid edirik və gözləyirik ki, o, eyni ruhda davam edəcək. Bu futbolçu “Liverpul” üçün çox şey edib”.
Misirli forvardın “Liverpul”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. Hələlik tərəflər yeni sözləşmənin imzalanması ilə bağlı razılığa gələ bilməyib.
32 yaşlı hücumçu cari mövsümdə 21 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin