Səudiyyə Ərəbistanı klubu Salaha 3 illik müqavilə təklif edə bilər

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçunun prioriteti “Liverpul”da oynamağa davam etməkdir, baxmayaraq ki, o, Səudiyyə Ərəbistanı klubuna keçəcəyini istisna etmir.

“Əl-Əhli” “Liverpul”un digər yüksək statuslu oyunçusunu, müdafiəçi Vircil van Daykı də yaxından izləyir. Klub Salah və Van Dayka daha bir mövsüm uzatmaq imkanı ilə üç illik müqavilə təklif edə bilər.

Salahın “qırmızılar”la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button