Salah “Liverpul”a keçməyə bilərmiş – Kloppa görə

“Liverpul”un analitik departamentinin keçmiş rəhbəri Yan Qrem bildirib ki, misirli hücumçu Məhəmməd Salah, komandanın sabiq baş məşqçisi Yurgen Kloppa görə “qırmızılar”a keçməyə bilərmiş.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Kloppun daha çox Yulian Brandtın namizədliyini dəstəklədiyini söyləyib:

“O vaxt Klopp daha çox Yulian Brandtın namizədliyini dəstəkləyirdi. Yurgen onu yaxşı tanıyırdı. Biz razılaşdıq ki, Yulian yaxşı oyunçudur, amma Salah daha çox diqqət çəkirdi. O, Avropanın ən yaxşı kənar hücumçularından biri sayılırdı. “Roma” onu satmağa məcbur oldu və biz Salahı yaxşı qiymətə transfer edə bildik. Yaxşı ki, Klopp klubun mövqeyi ilə razılaşdı”.

Salah “Liverpul”un tarixində ən yaxşı futbolçulardan biridir. O, 393 oyunda 243 qol vurub və 110 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button