Salah Kloppun ayrılıq qərarından danışdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppun gedişi ilə bağlı xəbərə ilk reaksiyasından danışib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, belə deyib:

“Saat 10:30-da komanda iclasımız oldu, bu qəribədir. Gəldim, agentini gördüm və düşündüm ki, müqaviləni yeniləyir. Sonra Vircil van Dayk mənə Kloppun gedəcəyini söylədi. Fikirləşdim: “Niyə?!”

Yanvarın sonunda Klopp cari mövsüm bitdikdən sonra “Liverpul”u tərk edəcəyini açıqlayıb. O, 2015-ci ildən komandaya rəhbərlik edir.

Premyer Liqanın 27 turundan sonra “qırmızılar” 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button