Salah Kloppla Slotu müqayisə etdi

“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçilər – Yurgen Klopp və Arne Slot arasında olan fərqləri dəyərləndirib.

Komanda.az “On Sport”-a istinadən xəbər verir ki, misirli futbolçu yeni çalışdırıcısı ilə yaxşı ünsiyyət qurduğunu bildirib:

“Hər bir məşqçinin öz oyun üslubu var. Amma mən Slotla çox ünsiyyət qururam və bir-birimizi yaxşı anlayırıq. Kloppdan fərqli olaraq, tez-tez oturub danışırıq. Slot ilk gündən mənə qarşı dürüst olub və dedi ki, məndən maksimumu almaq istəyir. Mən də ona cavab verdim ki, meydanda özümü rahat hiss etmək istəyirəm”.

Bununla yanaşı, Salah keçmiş baş məşqçisi Yurgen Klopp haqqında da müsbət fikirlər səsləndirib:

“Klopp kluba çox şey verdi və biz onunla birlikdə çox uğurlar qazandıq”.

32 yaşlı forvard üçün 2024/25 mövsümü uğurlu keçib. O, Premyer Liqada 38 oyunda 29 qol vurmaqla yanaşı, 18 məhsuldar ötürmə ilə çempionatın ən məhsuldar oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button