“Salah Premyer Liqa tarixinin ən yaxşı oyunçusu deyil”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Liverpul”un hücumçusu Məhəmməd Salah haqda fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Salahın Kriştiano Ronaldo və Tyerri Anridən öndə olmadığını söyləyib:

“Salah Premyer Liqa tarixinin ən yaxşı oyunçusudur? Heç bir halda. O, şübhəsiz ki, Kriştiano Ronaldo və Tyerri Anridən öndə deyil”.

32 yaşlı Salah İngiltərə çempionatının cari mövsümündə mersisaydlıların heyətində 27 oyun keçirib, 25 qol vurub və 16 məhsuldar ötürmə edib. Misirli futbolçunun “qırmızılar”la hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button