“Salah, Firmino və Mane ağlıma gələndə…” – “Portu”nun futbolçusu
“Portu”nun futbolçusu Danilu Pereyra Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”la qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi, “Liverpul”un hücum xəttində yer alan Məhəmməd Salah, Roberto Firmino və Sadio Mane üçlüsündən çəkinmədiyini deyib:
“Salah, Firmino və Mane ağlıma gələndə, onların məni keçə bilməyəcəklərini düşünürəm. Belə olması üçün də əlimdən gələnin ən yaxşısını edəcəm.
“Liverpul”u favorit olaraq qəbul edə bilərik. Öz meydanlarında oynayacaqlar və “Enfild Roud” hər zaman rəqiblər üçün çətin yer olub. Komanda olaraq nələr edə biləcəyimizi sübut etmək istəyirik”.
“Liverpul” – “Portu” matçı bu gün, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin