
Salah Droqbanın rekordunu təkrarladı
“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyununda (2:5) qol vurub.
Komanda.az xəbər verir ki, misirli hücumçu Çempionlar Liqasında karyerasında 44-cü dəfə fərqlənib.
Bununla da, o, afrikalı futbolçular arasında Çempionlar Liqasında qolların sayına görə “Çelsi”nin keçmiş hücumçusu Didye Droqbanın rekordunu təkrarlayıb.
“Liverpul”la “Real” arasında cavab oyunu martın 15-də, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin