“Salah çox nadir hallarda zədələnir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının vingeri Məhəmməd Salahın zədələnməsi haqda danışıb.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Misir millisinin hücumçusu Afrika Millətlər Kubokunda Qanaya qarşı matçda sıradan çıxıb. 

Alman mütəxəssis Salahla bağlı açıqlamasında belə deyib: 

“Biz onun son durumu ilə bağlı heç nə bilmirik. Dünən axşam onunla danışdım. Onlar əlavə testlər edirlər. Mən o zaman şokda idim. Salah nəsə hiss etdi. Biz bilirik ki, Salah çox nadir hallarda zədələnir, ona görə də nəsə var idi”.

Misir millisinin baş məşqçisi Rui Vitoriya matçdan sonra Salahda hər şeyin qaydasında olduğunu və bəlkə də, Kape Verde ilə görüşdə oynaya biləcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button