Salah Cerrarda çatdı, bombardir oldu
“Liverpul” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Atalanta”nı 5:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, Mersisayd klubunun hücumçusu Məhəmməd Salah üçün bu oyun əlamətdar olub. Komandasının 4-cü qolunu vuran misirli futbolçu turnirdə “qırmızılar”ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb. Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə Çempionlar Liqasında “Liverpul”un ən çox qol vuran futbolçusudur.
Üç turdan sonra 9 xal toplayan “Liverpul” qrupun lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin