Sol ayaqla 100-cü qol

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ikinci ən yaxşı solaxay hücumçu olub.

Komanda.az xəbər verir ki, 2022/2023 mövsümünün 11-ci turunun “Mançester Siti” ilə matçında (1:0) 30 yaşlı hücumçu qələbə qolunu vurub və bu, onun Premyer Liqada 121-ci, sol ayaqla 100-cü qolu olub. Salah klubun bütün zamanlarda ən çox qol vuranlar siyahısında ikincidir.

O, bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button