Salah azarkeşlərə səsləndi
“Liverpul”un hücumçusu Məhəmməd Salah “qırmızılar”la yeni müqavilə imzaladıqdan sonra komandanın azarkeşlərinə müraciət edib.
Misirli futbolçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard gələcəkdə daha çox kuboklar qazanacaqlarına inandığını bildirib:
“Azarkeşlərə demək istəyirəm ki, burada olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, gələcəkdə daha çox kuboklar qazanacağıq. Komandanı dəstəkləməyə davam edin və meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Salah bu mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib, 27 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



