
Salah: “Bu, mənim fəxr etdiyim bir şeydir”
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında doğma meydanda vurduğu 100-cü qolunu şərh edib.
Komand.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli futbolçu komandanın əzmlə işləməyə davam etdiyini söyləyib:
“Bu, mənim fəxr etdiyim bir şeydir. Komanda əzmlə işləməyə davam edir. Ümid edirəm ki, daha da irəli gedəcəm”.
Salah Premyer Liqanın 18-ci turunda “Lester”lə evdə keçirdikləri oyunda (3:1) fərqlənib. 32 yaşlı forvard cari mövsümdə 25 matçda iştirak edib, 19 qol vurub və 15 məhsuldar ötürmə verib.
17 matçdan sonra 42 xalı olan “Liverpul” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin