Salah ərəblərlə anlaşıb

“Liverpul”un hücumçusu Məhəmməd Salah mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı İdman Media Federasiyasının üzvü Əbdülhadinin sözlərinə görə, misirli futbolçu bu ölkənin klublarından birinə keçidə razılaşıb.

Səudiyyə Ərəbistanı investisiya fondu eyni vaxtda dörd kluba sahib olduğundan, Salah hələ hansı klubda oynayacağını bilmir.

32 yaşlı forvard bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button