Salah ərəblərin sərfəli təklifini rədd edib

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd edib.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Misirli forvarda dəyəri 500 milyon funt sterlinqdən çox olan müqavilə təklif olunub. Ancaq müqavilənin müddəti dəqiqləşdirilməyib.

32 yaşlı futbolçu daha əvvəl “qırmızılar”la müxtəlif bonuslar nəzərə alınmaqla, maaşının illik 20 milyon funt sterlinq olacağı yeni sözləşmə imzalayıb. İki illik müqavilənin ümumi dəyəri 40 milyon funt-sterlinqdir.

Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 45 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button