“Konteni tanıyıram, o, oyunçularını buraxılan qollara görə danlayacaq”

İtaliyanın tanınmış futbol mütəxəssisi Arriqo Sakki A Seriyasının 4-cü turunda keçirilən “Napoli” – “Piza” (3:2) matçını şərh edib.

Komanda.az xəbər verir ki, oyundan sonra “Gazzetta dello Sport”-a danışan Sakki, “Napoli”nin baş məşqçisi Antonio Kontenin komandası qalib gəlsə də, buraxılan iki qola görə futbolçularını mütləq danlayacağını bildirib:

“Konteni tanıyıram, o, oyunçularını buraxılan qollara görə danlayacaq və nəticədən tam razı qalmayacaq. Bu, onun məşqçilik üslubudur və indiyədək əla nəticələr verib. İndi əsas məsələ komandada yaranan eyforiyanı cilovlamaq və diqqəti saxlamaq olacaq”.

“Napoli” ölkə çempionatında keçirdiyi 4 oyunun hamısında qələbə qazanaraq, turnir cədvəlinə başçılıq edir. “Yuventus”un 10, “Milan” və “Roma”nın isə hərəyə 9 xalı var.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button