Sakki çox məyusdur – Mançiniyə görə
“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki Roberto Mançininin İtaliya millisindən getməsi haqda danışıb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Sakki baş verənlərə görə məyus olduğunu bildirib:
“Çox məyus olmuşam. Bu məsələ ilə bağlı bir fikir bildirəcəm: onun gedişinə qəti inanmadım”.
Roberto Mançininin İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığı yaşadığı üçün postunu tərk etdiyi bildirilir.
İtaliya milli komandasının yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq. Hazırda bu posta ən real namizəd “Napoli”nin sabiq baş məşqçisi Luçano Spalettidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin