“Konseysao bir neçə səbəbə görə çətin vəziyyətdədir”

Arriqo Sakki “Milan”ın yeni baş məşqçisi Serjio Konseysaonun hansı çətinliklərlə üzləşəcəyini açıqlayıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı sabiq çalışdırıcı, Konseysaonun bir neçə səbəbə görə çətin vəziyyətdə oluğunu bildirib:

“Konseysao bir neçə səbəbə görə çətin vəziyyətdədir. Birincisi: seçmədiyi futbolçuları yetişdirməli olacaq, onlar onun futboluna uyğun olmaya bilər.

İkincisi: “Milan”ın həmişə qalib gələcəyi gözlənilir. Atmosfer gərgindir, hamı nəticə istəyir, amma buna nail olmaq üçün vaxt yoxdur, ona görə də, hər şey qarışıqlığa çevrilə bilər. Amma mən inanıram ki, onun xarakterini nəzərə alsaq, rəhbərlik onu hər şeydə dəstəkləsə, uğur qazana bilər. Uğurların klubun zirvəsindən başladığını təkrarlamaqdan heç vaxt yorulmayacam”.

Portuqaliyalı mütəxəssis Konseysao “Milan”ın baş məçqçi postunda həmyerlisi Paolo Fonsekanı əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button