Şakiri keçmiş klubuna qayıtdı – Rəsmi
“Çikaqo Fayr”dan ayrılan Cerdan Şakirinin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, isveçrəli futbolçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu “Bazel”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsveçrə millisinin üzvü Super Liqa təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Şakiri “Bazel”in yetirməsidir. O, 2009-2012-ci illərdə “göy-qırmızılar”ın əsas komandasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin