
Saka “Real”a qarşı oynaya biləcək?
“Arsenal”ın vingeri Bukayo Saka UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı oynamağa hazırlaşır.
23 yaşlı futbolçu ötən ilin sonunda aldığı zədədən sonra meydana qayıtmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli oyunçu özü də aprelin 8-də Londonda keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyununa qayıtmağı planlaşdırır.
Saka bu mövsüm 24 oyunda iştirak edib, 9 qol vurub və 13 məhsuldar ötürmə verib. “Arsenal”ın “Real”la cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



