“Arsenal”ın futbolçusu Neymarın müdafiəsinə qalxdı

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Neymarı müdafiə etmək qərarına gəlib.

Komanda.az “talkSPORT”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Braziliya millisinin üzvü Neymarın tez-tez haqsız yerə tənqid olunduğunu bildirib:

“Dünya futbolunun ən aşağı qiymətli oyunçusu? Neymar? Biz bu haqda daha çox danışmalıyıq. Şəxsən mən onun daha çox hörmətə layiq olduğunu düşünürəm”.

Neymar “Barselona” və PSJ kimi klublarda çıxış edib. Braziliyalı futbolçu hazırda karyerasını Səudiyyə Ərəbistanında davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button