Saka ilə yeni müqavilə imzalanacaq

“Arsenal”ın vingeri Bukayo Saka klubla yeni, uzunmüddətli müqavilə bağlamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq danışıqların son mərhələsinə daxil olublar.

Yeni sözləşmə Sakanın maaşının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur, ancaq maliyyə detalları hələ açıqlanmır.

24 yaşlı futbolçunun klubla mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 14 oyunda çıxış edib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button