Saka “Arsenal”ın tarixinə düşüb
İngiltərə millisinin vingeri Bukayo Saka “Arsenal” klubunun tarixinə düşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna “Vest Hem”ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 24-cü turunun matçında nail olub.
Qarşılaşmada dubl edən Saka “topçular”da vurduğu qolların sayını 51-ə çatdırıb.
Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin