Sabiq futbolçu “Qarabağ”ın rəqibinin problemlərindən danışdı

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Çelsi” barədə fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, London klubunun problemlərinin baş məşqçi Enzo Mareska ilə deyil, transfer siyasəti və heyətlə bağlı olduğunu bildirib:

“Çelsi üç il yarımda transferlərə bu qədər pul xərcləyib, amma “Old Trafford”a belə mərkəz müdafiəçiləri və belə qapıçı ilə gəlir. Mənim üçün əsas problem budur. Məsələ Mareskada deyil”.

“Çelsi” sentyabrın 20-də Premyer Liqanın 5-ci turunda səfərdə “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzub. Komanda bu ayın 24-də Liqa kubokunda “Linkoln Siti” ilə qarşılaşacaq.

London təmsilçisi 5 turdan sonra 8 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button