
Şahruddinin səhvini bu dəfə bağışlamadılar
Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” bu gün səfərdə “Alanyaspor”la qarşılaşıb.
Oyun 3:3 hesablı bərabərliklə bitib. Start “11-lik”də yer alan Şahruddin fasilədə əvəzlənib. Yığmamızın qolkiperi oyundan alınarkən komandası 0:2 hesabı ilə geridə olub. İkinci qolda səhvə yol verən milliləşdirilmiş dağıstanlı bu səbəbdən əvəzlənib.
Hazırda 32 xalı olan “Adana Damirspor” 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin