Şahruddinin komandasında ayrılıq

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor”dan daha bir futbolçu ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi Yunus Belhanda Super Liqa təmsilçisi ilə vidalaşıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Daha əvvəl “Adana Demirspor”un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün “Adana Demirspor”dan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button