Şahruddinin komandası yenə uduzdu, “Beşiktaş” qalib gəldi

Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 görüş baş tutub.

“Pendikspor”un qonağı olan “Adana Dəmirspor” yenə məğlub olub. Adana təmsilçisinin heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçsı Şahruddin Məhəmmədəliyev yenə 90 dəqiqə oynayıb.

“Kasımpaşa” “Alanyaspor”u, “Beşiktaş” isə “Trabzonspor”u məğlub yola salıb.

Hazırda 63 xala malik “Fənərbaxça” və “Qalatasaray”ın şərikli liderliyi davam edir. “Beşiktaş” 39 xalla 3-cüdür. “Trabzonspor”un 37, “Rizəspor”un 36, “Kasımpaşa”nın 35, “Antalyaspor”un 34, “Başakşəhər”in 33, “Adana Dəmirspor”un 31 xalı var.

Türkiyə Super Liqası
24-cü tur

2 fevral

Ankaragücü – Sivasspor 0:0

Hatayspor – Fatih Karagümrük 3:1
Qollar: Matondo, 41; 90+5. Strandberq, 51-pen = Lazanya, 86.

Samsunspor – Qalatasaray 0:2
Qollar: Nelsson, 5. B.A.Yılmaz, 11.

3 fevral

Rizəspor – Konyaspor 0:0

Başakşəhər – İstanbulspor 2:0
Qollar: Pyontek, 36; 71.

Antalyaspor – Fənərbaxça 0:2
Qollar: C.Ünder, 42. Batşuayi, 90+5.

Qaziantep – Kayserispor 1:1
Qollar: G.Sazdağı, 68-öz qapısına – E.Özbek, 11.

4 fevral

Pendikspor – Adana Dəmirspor 2:1
Qollar: Diabi, 11. U.Nayir, 22 – L.Nani, 90+9.

Kasımpaşa – Alanyaspor 2:1
Qollar: G.Gül, 36. Fall, 59 – Poroso, 28-öz qapısına.

Beşiktaş – Trabzonspor 2:0
Qollar: S.Kılıçsoy, 44; 62.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button