Şahruddinin komandası uduzdu, “Beşiktaş” darmadağına sevindi
Türkiyə Super Liqasında 20-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 5 görüş baş tutub.
“Hatayspor” – “Pendikspor” matçında qalib müəyyənləşməyib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov meydan sahiblərinin heyətində 63 dəqiqə oynayıb.
“Rizəspor”un qonağı olan “Adana Dəmirspor” turu məğlubiyyətlə başa vurub. Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev qonaqların heyətində 90 dəqiqə meydanda olub.
“Ankaragücü” “Kasımpaşa”nı, “Başakşəhər” “Alanyaspor”u, “Beşiktaş” isə “Fatih Karagümrük”ü məğlub yola salıb.
Türkiyə Super Liqası
20-ci tur
13 yanvar
Ankaragücü – Kasımpaşa 3:1
Qollar: Muyakiç, 45+1. Bayiç, 64. Pedrinyo, 83 – A.Kara, 35.
Hatayspor – Pendikspor 1:1
Qollar: Rivas, 47 – Kappel, 90+4.
Başakşəhər – Alanyaspor 3:2
Qollar: D.Turuç, 35. Pyontek, 45+1. Fiqeyredo, 58 – Kordova, 2. Riçard, 61.
Beşiktaş – Fatih Karagümrük 3:0
Qollar: S.Kılıçsoy, 62. Raşiça, 65. J.Fernandes, 90+2.
Rizəspor – Adana Dəmirspor 1:0
Qol: Moçi, 54.
14 yanvar
14:30. İstanbulspor – Konyaspor
17:00. Antalyaspor – Trabzonspor
17:00. Samsunspor – Sivasspor
20:00. Qaziantep – Fənərbaxça
15 yanvar
21:00. Qalatasaray – Kayserispor
Bizi Facebook-da izləyin