Şahruddinin komandası “Beşiktaş”ı məğlub yola saldı

Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, bu gün “Adana Dəmirspor” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.

Altı qolluq matç Adana təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Adana Dəmirspor”un qapıçısı, Azərbaycan millisinin də üzvü olan Şahruddin Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Adana Dəmirspor” bu qələbədən sonra 11 xalla 3-cü sırada qərarlaşıb. “Beşiktaş” isə 10 xalla 6-cıdır.

Türkiyə Super Liqası
3-cü turun oyunu

27 sentyabr

Adana Dəmirspor – Beşiktaş 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button