Şahruddini millidə kim əvəzləməlidir? – Açıqlama

Futbol üzrə Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda mübarizə aparacaq. Rəqiblər isə Belçika, Avstriya, İsveç və Estoniyadır. Millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Bəs, “Qarabağ”ın qolkiperini millidə kim əvəzləməlidir?

18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov Komanda.az-a açıqlamasında “Qəbələ”nin üzvü Səlahət Ağayev və “Səbail”in qolkiperi Emil Balayevin Məhəmmədəliyevi əvəzləyə biləcəyini deyib:

“Şahruddin Məhəmmədəliyev uzun illərdir milli komandada bir nömrəli qapıçı kimi çıxış edir. Onun yoxluğunda qapıda olan boşluğu doldurmaq üçün Səlahət Ağayev və Emil Balayev var. Onlar Azərbaycan Premyer Liqasında çıxış etdikləri klubların heyətində əsas qapıçıdırlar. Məncə, onların özündən çox şey asılı olacaq. Hər ikisi hazırda millinin heyətinə cəlb edilən oyunçulardır. Onlar çalışacaqlar ki, milli komandanın baş məşqçisinin etibarını qazansınlar. Hər iki qapıçı bunu oyunları ilə göstərə bilər. İkisindən birinə məsuliyyət daha çox düşəcək. Hər ikisi çox yaxşı başa düşür ki, Azərbaycan çempionatının matçlarında etibarlı çıxış etməlidirlər. Yalnız belə olduğu halda, millidə əsas heyətə düşə bilərlər. Millinin baş məşqçisi Canni De Byazi və onun köməkçiləri cari mövsümdə çempionatın qarşılaşmalarını izləyirlər. Yəqin ki, hansı özünü daha yaxşı göstərsə, De Byazi ona da etibar edəcək”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button