Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu
Türkiyə Super Liqasında 21-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə beş görüş baş tutub.
“Fatih Karagümrük” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Ankaragücü” oyunlarında qalib müəyyənləşməyib. Adana təmsilçisinin start heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.
“Kasımpaşa” “Hatayspor”u, “Alanyaspor” isə “Rizəspor”u məğlub yola salıb. Hatay təmsilçisində də millimizin hücumçusu Renat Dadaşov son 20 dəqiqədə meydanda olub.
Səfərdə “Pendikspor”la qarşılaşan “Beşiktaş” isə böyük hesabla uduzub.
Türkiyə Super Liqası
21-ci tur
20 yanvar
Kasımpaşa – Hatayspor 3:0
Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.
Alanyaspor – Rizəspor 2:1
Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.
Fatih Karagümrük – Başakşəhər 1:1
Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.
Adana Dəmirspor – Ankaragücü 1:1
Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.
Pendikspor – Beşiktaş 4:0
Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.
21 yanvar
14:30. Sivasspor – Qaziantep
17:00. Fənərbaxça – Samsunspor
17:00. Konyaspor – Antalyaspor
20:00. Trabzonspor – Qalatasaray
22 yanvar
21:00. Kayserispor – İstanbulspor
Bizi Facebook-da izləyin