“Kayrat”a azarkeşlik edirik” – “Qarabağ”ın qapıçısı

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev etiraf edib ki, komandanın futbolçuları UEFA Çempionlar Liqasında Qazaxıstanın “Kayrat” klubunun çıxışını yaxından izləyir və onlara azarkeşlik edir.

Komanda.az xəbər verir ki, bu barədə qolkiperin fikirlərini Rusiyanın “Çempionat” nəşri yayıb:

“Əlbəttə, biz “Qarabağ”da “Kayrat”ın oyunlarını izləyirik və onları dəstəkləyirik. Bu, çox gözəldir, futbolçular üçün böyük təcrübədir!”

“Qarabağ” ikinci, “Kayrat” isə tarixində ilk dəfə turnirin liqa mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ” debütdə iki qələbə qazanıb, “Kayrat” isə “Sportinq”ə (1:4) və “Real”a (0:5) məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button