Şahruddin Məhəmmədəliyev: “Millidə oynamaq çox çətindir”

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Belarusa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah qalib gəlməyi çox istəyirik. Bizim üçün çox vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Bu rəqiblə bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələlik alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”.

Sabah keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button