Şahruddin Məhəmmədəliyevin klubu məşhur futbolçu ilə vidalaşıb

“Adana Dəmirspor” klubu portuqaliyalı futbolçusu Luiş Nani ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Adana təmsilçisinin rəsmi “X” hesabı məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Nani 2023-cü ildən “Adana Dəmirspor”un formasını geyinirdi. Bu komandada Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button