Şahruddin Məhəmmədəliyevin klubu Klyuvertlə vidalaşıb
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.
Komanda.az “Ajansspor”a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vildalaşıb.
Adana təmsilçisi son olaraq 14-cü turda evdə “Samsunspor”a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Məhəmmədəliyev qoruyub.
“Adana Dəmirspor” iyunun 30-da Klyuvertlə 2 illik müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin