Şahruddin Məhəmmədəliyevdən növbəti kobud səhv – VİDEO

Azərbaycan millisinin üzvü, hazırda “Adana Dəmirspor”da çıxış edən Şahruddin Məhəmmədəliyev növbəti dəfə kobud səhvə yol verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı qolkiper Super Liqanın 19-cu turunda “Başakşəhər”lə oyunun 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqib klubun futbolçusuna ötürüb. Həmin oyunçu isə Şahruddinin bu səhvindən istifadə edərək qol vurub. Lakin “Başakşəhər”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olduqları üçün qol qeydə almayıb. Məhəmmədəliyevin bu səhvi Türkiyə mediasında gündəm olub.

Sözügedən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button