Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü
Türkiyə Super Liqasında 34-cü tura start verilib.
Komanda.az xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Məhəmmədəliyev oyuna start heyətdə başlayıb və sonadək sonadək mübarizə aparıb.
“Adana Dəmirspor” bu nəticədən sonra 41 xalla 20 iştirakçı arasında 11-ci, “Qalatasaray” 93 xalla zirvədə qərarlaşıb.
Türkiyə Super Liqası
34-cü tur
26 aprel
Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.
27 aprel
17:00. Kasımpaşa – Samsunspor
17:00. Sivasspor – Konyaspor
20:00. Fənərbaxça – Beşiktaş
20:00. Hatayspor – Başakşəhər
28 aprel
17:00. Alanyaspor – İstanbulspor
17:00. Pendikspor – Kayserispor
20:00. Rizəspor – Ankaragücü
20:00. Trabzonspor – Qaziantep
29 aprel
21:00. Fatih Karagümrük – Antalyaspor
Bizi Facebook-da izləyin