Şahruddin Məhəmmədəliyev 3-cü oldu

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vuruldu.

Komanda.az xəbər verir ki, UEFA qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. A qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi əksər göstəricilərdə ən zəiflər sırasındadır.

Komandamızın heyətində yalnız Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar sırasına düşüb ki, bu da rəqiblərin yığmamızdan güclü olduğunu göstəricisidir. Belə ki, “Qarabağ”ın qapıçısı millinin heyətində 8 oyunda 44 seyv edərək, komandasını qoldan ən çox xilas edən 3-cü qapıçıdır. O, yalnız Lixtenşteyn (Benjamin Büçel – 72 seyv) və San Marino (Elia Benedettini – 62) yığmalarının qolkiperindən geri qalır.

Şahruddin həm də ən çox qol buraxan 6 qapıçıdan biridir. O, 18 dəfə topu tordan çıxarmalı olub. Bu baxımdan ilk “beşlik”də müvafiq olaraq Elia Benedettini (San Marino – 46 qol), Henri Bonelyo (Malta – 30), Benjamin Büçel (Lixtenşteyn – 30), Deyl Koleinq (Cəbəllütariq – 23) və Ofir Marsiano (İsrail – 21) qərarlaşıb.

Vurduğu 4 qolla bu tsikldə Azərbaycan millisinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23-39-cu yerləri bölüşdürür. Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button