Şahruddin Məhəmmədəliyevin komandası səfərdən xalsız döndü
Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə daha 2 görüş baş tutub.
“Fatih Karagümrük”lə qarşılaşan “Adana Dəmirspor” 2 cavabsız qolla uduzub. Adana təmsilçisinin və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunda ehtiyatda qalıb.
“Trabzonspor” isə evdə “Alanyaspor”a qalib gəlib.
Hazırda itkisiz irəliləyən “Fənərbaxça” 27 xalla vahid liderdir. Son çempion “Qalatasaray” 25 xalla ikinci, “Adana Dəmirspor” 17 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 16, “Trabzonspor” və “Kasımpaşa”nın 15, “Hatayspor” və “Rizəspor”un 14 xalı var.
Türkiyə Super Liqası
9-cu tur
21 oktyabr
Kayserispor – Rizəspor 3:1
Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.
Qaziantep – Antalyaspor 1:0
Qol: Nkulu, 71.
Konyaspor – Pendikspor 1:2
Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.
Qalatasaray – Beşiktaş 2:1
Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.
22 oktyabr
Sivasspor – Kasımpaşa 0:1
Qol: İ.Qomis, 53.
İstanbulspor – Ankaragücü 2:1
Qollar: Traore, 12. E.Gültəkin, 62 – T.Cigerci, 24-pen.
Fənərbaxça – Hatayspor 4:2
Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.
Samsunspor – Başakşəhər 0:0
23 oktyabr
Fatih Karagümrük – Adana Dəmirspor 2:0
Qollar: Sanqare, 52. S.Dursun, 89.
Trabzonspor – Alanyaspor 1:0
Qol: Aliti, 54-öz qapısına.
Bizi Facebook-da izləyin