Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”da – Rəsmi
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi rəsmiləşib.
Komanda.az Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı yeni klubu ilə müqavilə bağlayıb.
“Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə anlaşan Məhəmmədəliyevin “Adana Dəmirspor”la sözləşməsinin müddəti 2 illik nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin