Şahruddin: “Adana Dəmirspora” gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim”
Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın məşqindən əvvəl mətbuat nümayəndələrinə açıqlama verib.
Komanda.az xəbər verir ki, 29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib:
“Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim. Onları daha əvvəldən izləyirdim. “Adana Dəmirspor”un bir parçası olduğum üçün fəxr edirəm. Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Super Liqanı yaxından izləyirdim. Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm. Hücumçulardan çəkinmirəm”.
Məhəmmədəliyev Türkiyə Super Liqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşüb: “Heç bir qapıçını özümə kumir saymıram. Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır”.
Bizi Facebook-da izləyin