Avropa çempionatı: Azərbaycan millisi Ermənistanla qarşılacaq

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında növbəti rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, yığma 6-cı turda Ermənistanla üz-üzə gələcək.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə İtaliya ilə qarşılaşacaq.

6-cı turun qarşılaşmaları noyabrın 18-də keçiriləcək.

Kişilərdən ibarət milli 8 xalla 1-6-cı yerləri bölüşdürür. Qadınlar isə 4 ölkə ilə birlikdə 7 xalla 4 -7-ci yerlərdə gedirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button