Çempionlar Turu: Məmmədyarovla Rəcəbov kənarda qaldı
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 7-ci mərhələsinin iştirakçıları müəyyənləşib.
Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yarışda iştirak etməyəcəklər.
“Goldmoney Asian Rapid” adlanan turnirdə ancaq Asiya təmsilçiləri mübarizə aparacaq. Kənar qitədən təkcə yarışın təşkilatçısı Maqnus Karlsen iştirak edəcək.
Mükafat fondu 100 min dollar olan yarış iyunun 26-da başlayacaq və iyulun 4-nə qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin