Şahmat: Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub
Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub.
Komanda.az xəbər verir ki, 1/16 final mərhələsinin hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb.
Kənan Qarayevi üstələyən Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb – 1,5:0,5.
Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.
1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov da mərhələ adlayıb.
Read Səmədov – Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finalda yarışmaq imkanı qazanıb – 1,5:0,5.
Nicat Məmmədov – Süleyman Süleymanlı, Azər Mirzəyev – Vüqar Rəsulov və Namiq Quliyev – Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.
Bizi Facebook-da izləyin