Şahmat: Azərbaycan millisi Gürcüstan yığması ilə heç-heçə edib
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.
Bütün partiyalar heç-heçə başa çatıb – 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.
Qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FİDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin