Şahin Diniyev “Səbail”dən istefa verdi
“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:1 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Şahin Diniyev oyundan sonrakı mətbuat konfransında istefa verdiyini bildirib:
“Bu gün “Səbail”in rəhbərliyi ilə də danışdım və özüm öz istəyimlə getmək qərarına gəldim”.
“Səbail” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin