Şahin Diniyev: “Kəpəz”də mənim kartıma əlavə 3 min manat yüklənirdi”

Bu gün İdman TV – Azərbaycan Radiosunda “Extra Time” verilişinin növbəti canlı yayımı olub.

Komanda.az xəbər verir ki, aparıcı İlkin Babanın qonağı AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev olub.

Efir vaxtı həmkarımız Diniyevdən “adınız “Kəpəz”dəki maliyə yeyintisində hallandı. Siz bu prossesdə iştirak etmisinizmi?” soruşub:

“Mənim işim klubun uğur qazanması idi. Maliyə işlərindən xəbərim olmayıb. Mənim hesabıma köçürülən pulla bağlı məni ittiham edirlər. Məsələn, mənim kartıma 3 min artıq pul köçürülübsə, o bu pulun kiməsə çatması deyildi. Kart sistemində olsaq da, meydançanın, otelin pulunu da nağd şəkildə ödəyirdik. Həmin pulu da mən kartımdan çıxarırdım, 3 min manatı adminstratora verirdim”.

Aparıcının “Niyə bu pul baş məşqçinin hesabına köçürülsün ki?” iradını, Diniyev belə əsaslandırıb:

“Yəqin, inandıqları mən idim. Bu, səhvdirsə, mən bunu etmişəm. İndi bəlkə də buna razı olmazdım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button