Şahin Diniyev: “İstədiyim futbolu görə bildim”

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun açılış matçında “Səbail” “Kəpəz”i qəbul edib.

Komanda.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn paytaxt klubunun baş məşqçisi Şahin Diniyevin oyunsonrası mətbuat konfransı keçirilib. Diniyev istədiyi futbolu gördüyünü söyləyib:

“Düşünürəm ki, maraqlı oyun oldu, istədiyim futbolu görə bildim. Futbolçularıma təşəkkür edirəm. Yeni komandadır. “Kəpəz”ə də uğurlar arzulayıram. Yaxşı komandadırlar. Demək olar ki, üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdim. Növbəti oyunlara hazırlaşıb, gələcəyə baxmalıyıq”.

“Səbail” növbəti turda səfərdə “Turan Tovuzla” qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button