Şahin Diniyev: “İkinci hissədəki oyunumuzdan xoşum gəlmədi”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 11-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:

“Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördülər. Birinci hissə bizim, ikinci hissə “Zirə”nin üstünlüyü vardı. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə bir az məsuliyyətli yanaşmadıq. İkinci yarıda komanda psixoloji baxımdan oturdu və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən bugünkü ikinci 45 dəqiqə idi. Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq, üç xal üçün oynayırıq. Futbolçuların gözləri yanır. Amma bu gün ikinci yarıda onu görmədim. Komanda oturdu və buna görə mütləq cəzalandırılmalıydıq ki, o da oldu. “Zirə”yə uğurlar arzulayıram, Rəşad Sadıqov intizamlı komanda qurub. “Zirə” nə etmək istədiyini bilən komandadır. Bəlkə də, səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm. O sarıdan ikinci yarı məni çox məyus etdi. İrəli baxmalı, gələcək oyunlara hazırlaşmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button